Ölkə

Aprelin 28-də bu ərazilərdə qaz kəsiləcək


Aprelin 28-də Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

AZERFAX.AZ xəbər verir ki, 159 mm və 50 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar rayonun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov və Kərməçataq kəndlərində saat 09:00-dan qaz təchizatı dayandırılacaq.


Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button