Ölkə

Alonsonun istəyi reallaşmadı – “Real”ın həmləsi boşa çıxdı


“Arsenal” “Real Sosyedad”ın ulduz yarımmüdafiəçisi Zubimendinin sərbəst qalma məbləğini ödəməyə razılıq verib.


AZERFAX.AZ xəbər verir ki, futbolçu ilə “Real Madrid” və “Liverpul”da maraqlanır. ESPN-ə danışan mənbələrə görə, “Arsenal” futbolçunun transferində öndədir. İspan yarımmüdafiəçinin sərbəst qalma məbləğinin 60 milyon avro olması ilə bağlı danışıqlar davam edir. Bildirilir ki, “Arsenal”ın məşqçisi Mikel Arteta Zubimendinin oyununu bəyənir. Yeni idman direktoru Andrea Berta da Arteta ilə Zubimendinin transfer edilməsi məsələsində razılaşıb.

Qeyd edək ki, “Real”la razılığa gəldiyi irəli sürülən Xabi Alonsonun tələbləri arasında Zubimendinin transfer edilməsinin də olduğu irəli sürülmüşdü.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button