AZERFAX TV

Kılıçdaroğlunun A “komandası”nda bu adlar olacaq

CHP-nin 38-ci qurultayının ləğvi qərarından sonra yenidən partiya sədri olan Kamal Kılıçdaroğlunun A “komandası”nda kimlərin yer alacağı açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə jurnalist Sinan Burhan məlumat yayıb.

O, qatıldığı verilişlərdən birində Kılıçdaroğlunun Mərkəzi İcra Komitəsinin (MYK) siyahısını paylaşıb.

Burhanın sözlərinə görə, bu siyahıda Orhan Sarıbal, Yıldırım Kaya, Bülent Kuşoğlu, Müslüm Sarı, Mehmet Tüm, Turan Aydoğan, Berhan Şimşek, Akif Hamzaçebi və Faiq Öztrakın adları yer alıb.

Digər tərəfdən, İstanbul Vilayət Rəyasət Heyətinin qəyyumu təyin edilən Gürsel Tekinin də Mərkəzi İcra Komitəsində ola biləcəyi irəli sürülüb.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button