Ceyhun Bayramov Pakistan xalqı ilə həmrəyliyini ifadə etdi

AZERFAX.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Pakistanla Hindistan arasında artan gərginliyi müzakirə ediblər.
Pakistan naziri 6-7 mayda Hindistanın Pakistana qarşı raket hücumları və Pakistan tərəfinin cavab tədbirləri barədə məlumat verib. Hindistanın hücumlarından əsasən mülki əhalinin zərər gördüyü, onlarla insanın həlak olduğu, Pakistan tərəfinin isə buna cavab olaraq hərbi obyektləri hədəf aldığı bildirilib. Pakistan naziri həmçinin bir sıra ölkələrin xarici işlər nazirləri ilə telefon danışığı apardığını və vəziyyəti ətraflı izah etdiyini diqqətə çatdırıb.
Ceyhun Bayramov öz növbəsində, Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, mülki əhalinin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyib.
Nazir eskalasiyanın daha da genişlənməsinin qarşısının alınmasının zəruriliyini, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu vurğulayıb.
Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.