Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Qeyd edilib ki, o, kəskin böyrək çatışmazlığından əziyyət çəkirmiş.
Qeyd edək ki, Cəfərov Zaur Hüseyn oğlu 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində doğulub. 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək qəhrəmancasına şəhid olub. 2 qız, bir oğul övladı var idi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.