Ölkə

Mourinyonun razılığa gəldiyi deyilən komandadan açıqlama


“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun Portuqaliya milli komandası ilə ilkin razılığa gəldiyi iddia edilirdi.


AZERFAX.AZ xəbər verir ki, Portuqaliya Futbol Federasiyası iddiaları təkzib edib. Portuqaliya mediasının məlumatına görə, Portuqaliya Futbol Federasiyasının rəsmilərinə Mourinyo iddiaları ilə bağlı sual verilib, rəsmilər sözügedən xəbəri təkzib ediblər. Federasiya rəsmisi heç bir məşqçi ilə danışıqlar aparılmadığını bəyan edib və Roberto Martinezlə müqavilənin 2026-cı ilə qədər qüvvədə olduğunu xatırladıb.

Qeyd edək ki, Joze Mourinyonun Portuqaliya Futbol Federasiyası ilə razılığa gəldiyi və mövsüm yekunlaşandan sonra müqavilə imzalana biləcəyi irəli sürülmüşdü.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button