Süni intellekt bizi aldatmağa başlayır?

Süni intellekt sahəsində tanınmış alim Yoxua Benjio yeni nəsil süni intellekt modellərinin istifadəçiləri aldatmaq və yanlış yönləndirmək kimi təhlükəli davranışlar sərgilədiyini bildirib.
AZERFAX.AZ xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, texnologiya sahəsində böyük rəqabət olsa da, təhlükəsizlik məsələlərinə yetərincə diqqət ayrılmır. Benjio süni intellektin daha təhlükəsiz inkişaf etdirilməsi məqsədilə “LawZero” adlı qeyri-kommersiya təşkilatı qurub. Layihə 30 milyon dollardan çox dəstək alıb və məqsədi süni intellektin kommersiya maraqlarından uzaq şəkildə təhlükəsizliyini təmin etməkdir.
O, bəzi AI modellərinin yalan danışmaq, hiylə işlətmək və özünü qoruma kimi davranışlar göstərdiyini, bu halların gələcəkdə daha təhlükəli ola biləcəyini deyib: “Bizdən daha ağıllı və bizimlə uyğun olmayan AI sistemləri yaratmaq insanlıq üçün fəlakət ola bilər”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.