Sosial

Qəssabların qurban əti satması haramdır?

Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur. Bayram münasibəti ilə bəzi qəssab dükanlarında qurban ətinin satışına da rast gəlinir. Bəs maraqlıdır, qəssabların qurban əti satması haramdır?

AZERFAX.az xəbər verir ki, İlahiyyatçı Tural İrfan AZERFAX.AZ-a açıqlamasında bildirib ki, qurban əti əsla pulla satılmaz:
“Kimin maddi imkanı varsa, heyvan alıb kəsə bilər. Böyük başlı heyvanları hətta 7 nəfərə qədər adam şərikli də alıb, kəsib, sonra bölə bilərlər. Ancaq qəssabların, işbazların, fürsətçillik edənlərin bəziləri qurban əti adı ilə satırlar. Əgər o ət satılırsa, kəsiləndə qurban niyyəti ilə kəsilmiş olsa da, artıq qurban sayılmır. Qurbanın adı ona görə qurbandır ki, o pulla satılmır, paylanılır, təmənnasız olaraq insanlara təqdim edilir. Qurban kəsməyə imkanı olmayanlar sadəcə ət alıb bişirə bilərlər”.

T.İrfan qeyd edib ki, dünyada ən böyük mənəvi cinayət, ən böyük əzaba layiq olan günah Allah yolunda kəsilən heyvanın ətini satmaqdır:

“Qurban ətini satanlar vicdanını satsa, ondan yaxşıdır. Din adı ilə nə dələduzluq varsa, sanki bizdə baş verir. Ələm gəzdirib pul yığan, qurban ətini satan… Sanki Allahı, dini, Quranı, qurbanı da qazanc, qarın doydurma alətinə çevirirlər. Bu, adam əti satmaq gədər ağır və çirkin işdir. Comərdliyi olan kəsib paylayar, satmaz. Allah da ona öz dərgahından əta edər. Əti satanlar Allaha da inanmır. Çünki inansa, naümid olmaz, pulsuz paylayar. Sadəcə ət satırsa satsın, yoxsa onu qurban əti adı ilə satırsa, bu heç bir müsəlman ölkəsində olmayan qəbahətdir”.

İlahiyyatçı Qafqaz Müsəlmanları İdarəsinin də belə əcaib, çirkin işlərə susqun qalmasına təəssüf etdiyini söyləyib:

“Çünki onlar şərh vermir, belə qondarılan bidətlər, xalqımızın milli adət-ənənələrinə, dinə zidd əməllər də baş alıb gedir. Bu çirkin ənənəni ayaq tutmamış yığışdırmaq, qurban əti satanları mənəvi məsuliyyətə cəlb etmək lazımdır”.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button