Hadisə

Goranboyda maşın aşdı, iki nəfər xəsarət aldı.

Goranboyda yol nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Tatarlı kəndində baş verib. Belə ki, Hacallı kənd sakini , 1998-ci il təvəllüdlü Ramil Dadaşov “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın aşıb. Qəza zamanı sürücu R. Dadaşov və sərnişin Laçın Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button