Ölkə

Hərbi prokuror bayram günləri sərhədlərdə


Baş prokurorun müavini – hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçularının iştirakı ilə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZERFAX.AZ-a bildirilib ki, müxtəlif hərbi hissələrdə birgə keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.


Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından danışıblar.

Hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici çıxışlar edilib, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də, hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.

Xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button