AZERFAX TV
A Seriyasında ən yaxşı futbol oynayan komanda

Məşhur məşqçi Fabio Kapello “Komo” haqqında çox xoş sözlər deyib.
Sesk Fabreqasın rəhbərliyi altında komanda Seriya A-da dördüncü yeri tutub və tarixində ilk dəfə Çempionlar Liqasında oynamağa hazırlaşır.
AZERFAX.AZ xəbər verir ki, Kapello “La Gazzetta dello Sport” qəzetinə verdiyi açıqlamada bildirib:
“Bu, Seriya A-da ən yaxşı futbolu oynayan komandadır. İnsanlar gözəl futboldan danışanda dərhal Fabreqasın komandasını xatırlayıram”.



