AZERFAX TV

ABŞ Avropadakı briqada döyüş qrupları ilə bağlı qərar verdi

ABŞ Müdafiə Nazirliyi Avropada yerləşən briqada döyüş qruplarının sayını azaldıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

O, Avropadakı briqada döyüş qruplarının sayının dörddən üçə endirildiyini açıqlayıb. Parnell qeyd edib ki, bu qərar ABŞ qüvvələrinin Avropa qitəsindəki strukturu və yerləşdirilməsi ilə bağlı aparılan genişmiqyaslı təhlillərin nəticəsində qəbul edilib.

Nazirliyin rəsmisi əlavə edib ki, bu dəyişikliklə əlaqədar ABŞ qüvvələrinin ABŞ-ın “nümunəvi müttəfiqi” olan Polşaya yerləşdirilməsi müvəqqəti olaraq təxirə salınıb.

Xatırladaq ki, mayın 19-da Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Pentaqon rəhbəri Pit Heqsetlə apardığı danışıqlar nəticəsində ABŞ qüvvələrinin Avropada dislokasiyası ilə bağlı yeni planın hazırlandığını bildirmişdi.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button