AZERFAX TV

Ağ Ev bu ölkəyə hərbi güc tətbiq etmək istəyir

ABŞ administrasiyası Kubada hərbi güc tətbiq etmək imkanını nəzərdən keçirir.

AZERFAX.AZ xəbər verir ki, bu iddia ilə “Politico” qəzeti çıxış edib.

Ağ Ev rəsmilərinin mövqeyi ilə tanış olan mənbə nəşrə bildirib ki, əsas diqqət əvvəlki kimi yenə də diplomatiyaya ayrılır.

Mənbənin sözlərinə görə, Tramp administrasiyası Kubada “kinetik güc”ün, yəni hərbi hərəkət variantlarının tətbiqi ehtimalını araşdırır. Lakin buna baxmayaraq, əsas diqqət hələ də diplomatiyaya və Havananı, xüsusilə iqtisadi sahədə müxtəlif dəyişikliklər etməyə sövq etməyə yönəlib.

Nəşrin həmsöhbəti qeyd edib ki, Vaşinqton Kuba dövlət müəssisələrinin özəlləşdirilməsində, xarici investisiyaların daha böyük həcmdə cəlb edilməsinə icazə verilməsində, həmçinin kubalıların enerji resurslarını ABŞ-dan almağa məcbur edilməsində israr edir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button