AZERFAX TV

Bakıda SSRİ bayrağı qaldıran şəxslərin işi üzrə ittiham aktı elan edildi

Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri özlərini təqsirli bilməyiblər.

Növbəti məhkəmə prosesi aprelin 6-na təyin edilib.

Qeyd edək ki, ilkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.

Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanılıb.

Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham edilib.

Related Articles

Bir cavab yazın

Back to top button