AZERFAX TV

“Bitcoin” KƏSKİN BAHALAŞDI – Bazar üçün ciddi siqnaldır

Ən aparıcı ticarət platformalarında keçirilən sessiyalar zamanı “Bitcoin”nin qiyməti əhəmiyyətli psixoloji səviyyəni keçib.

Publika.az xəbər verir ki, bu barədə “Binance” platformas məlumat yayıb.

Bildirilib ki, 17 noyabr 2025-ci ildən sonra ilk dəfə olaraq birinci kriptovalyutanın dəyəri 95 min dollar (təxminən 161 500 manat) səviyyəsini aşıb.

Qiymətin pik nöqtəsində, Bakı vaxtı ilə saat 02:11-də aktivlər 95,7 min dollar səviyyəsində ticarət olunub və son 24 saat ərzində 4,8% artım nümayiş etdirib. On dəqiqə sonra, saat 02:21-də artım tempi bir qədər yavaşlayaraq “Bitcoin” 95,4 min dollar səviyyəsinə salınıb, lakin artım hələ də 4,5%-dən yuxarı olub.

Kriptovalyuta daha aşağı səviyyələrdə 1,5 aydan çox davam edən konsolidasiyadan sonra əsas qiymət həddlərinə doğru hərəkətini bərpa edib. Bu səviyyənin keçilməsi bazar üçün mühüm siqnal ola bilər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button