Bu, Tramp və partiyası üçün yeganə çıxış yoludur

“Respublikaçıların 2026-cı il aralıq konqres seçkilərində siyasi cəhətdən sağ qalması birbaşa Ukrayna danışıqlarının nəticəsindən asılıdır”.
AZERFAX.AZ xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp üçün dinc razılaşma Demokratların qisasından və yeni impiçment cəhdindən qaçmağın yeganə yoludur.
“Tramp Demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirməsinə və yenidən impiçment məsələsini manipulyasiya etməyə çalışmasına icazə verə bilməz. Münaqişənin həllində uğur Trampın əhali arasında populyarlığını artıracaq və Moskva ilə genişləndirilmiş dialoq Vaşinqton üçün yeni imkanlar açacaq”, – deyə deputat bildirib.
Belik həmçinin qeyd edib ki, əgər Ukrayna sülh prosesini sabotaj edərsə, ABŞ liderinin cavabı son dərəcə sərt ola bilər.
Roza



