“ChatGPT” istifadəçilərinə ÜZÜCÜ XƏBƏR – Növbəti həftələrdə başlayır

“OpenAI” şirkəti pulsuz versiyada “ChatGPT” və “Go” modellərinə reklam inteqrasiyasının daxil ediləcəyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, şirkətin rəsmi saytında yayımlanan açıqlamaya görə, reklam testləri növbəti həftələrdə başlayacaq.
Bildirilib ki, reklam çatbotun cavablarına təsir etməyəcək və həmişə açıq şəkildə işarələnəcək.
“OpenAI” həmçinin istifadəçilərin söhbətlərini və məlumatlarını reklamverənlərə satmayacağını vəd edib. İstifadəçilər istənilən vaxt personalizasiyanı söndürə və reklam üçün istifadə olunan məlumatları təmizləyə biləcəklər.
Pulsuz istifadəçilərlə yanaşı, premium hesab sahibləri çatbotdan reklam olmadan istifadə edə biləcək.
“Reklamın necə təqdim olunacağı ilə bağlı rəyinizi nəzərə alacaq və zamanla təkmilləşdirəcəyik, lakin istifadəçiləri prioritet qoymaq və etimadı qorumaq öhdəliyimiz dəyişməyəcək”,şirkət açıqlamasında qeyd edib.
Hüseyn İbadlı



