AZERFAX TV

DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşü başa çatıb.

AZERFAX.AZ xəbər verir ki, Meksikadakı “Mexiko Siti” stadionunda baş tutan DÇ-2026-nın açılış matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər matçı Cənubi Koreya və Çexiya milliləri arasında keçiriləcək. Sözügedən qarşılaşma saat 06:00-da start götürəcək.

xxx

00:40

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.

AZERFAX.AZ xəbər verir ki, paytaxt Mexikodakı “Mexiko Siti” stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar – 2:0.

67-ci dəqiqədə Raul Ximenez fərqlənib.

xxx

00:00

Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.

AZERFAX.AZ xəbər verir ki, Paytaxt Mexikodakı “Mexiko Siti” stadionunda keçirilən matçda ilk hissədən sonra ev sahibləri 1:0 hesabı ilə öndədirlər.

Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

xxx

23:20

Meksikada futbol üzrə DÇ-2026-nın ilk qolu vurulub

AZERFAX.AZ xəbər verir ki, Meksika – Cənubi Afrika (CAR) qarşılaşmasında meydan sahibləri hesabı açıblar.

Mexikodakı “Mexiko Siti” stadionundakı matçın 9-cu dəqiqəsində Yuilan Quinones fərqlənib.

xxx

23:05

Meksikada futbol üzrə dünya çempionatına start verilib.

AZERFAX.AZ xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşır.

Paytaxt Mexikodakı “Mexiko Siti” stadionunda başlayan görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Oyunun start fiti saat 23:00-da səslənib.

Related Articles

Bir cavab yazın

Back to top button