AZERFAX TV

Əbu-Dabidə hava limanı vuruldu – Ölən və yaralananlar var

Əbu-Dabidəki Zayed beynəlxalq hava limanına İran pilotsuz uçuş aparatının zərbəsi nəticəsində azı bir nəfər həlak olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə əmirliyin hava limanlarının operatoru olan “Abu Dhabi Airports” şirkəti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Əbu-Dabi hava limanlarının operatoru Zayed adına beynəlxalq hava limanında baş vermiş hadisəni təsdiqləyib; nəticədə bir asiyalı mənşəli şəxs həlak olub, daha yeddi nəfər isə yaralanıb”, – deyə məlumatda bildirilir.

Operator hadisə ilə bağlı əlavə məlumatların daha sonra dəqiqləşdiriləcəyini əlavə edib.

Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata “Epik Qəzəb” adını verib. İslam Respublikasında bir çox şəhərlər hücuma məruz qalıb, mülki əhali arasında itkilər var.

Buna cavab olaraq İslam Respublikasının Silahlı Qüvvələri İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına raketlər və pilotsuz aparatlar buraxıb. “Tasnim” agentliyinin mənbəyə istinadla verdiyi məlumata görə, müxtəlif ölkələrdə, o cümlədən BƏƏ-də ABŞ-ın ümumilikdə 14 bazası hücuma məruz qalıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button