AZERFAX TV
Ədalətli hakimlik olsaydı, onlar zirvədə olmazdı

“Mançester Yunayted”in əfsanəvi keçmiş qapıçısı Peter Şmeyxel hakimlərin “Arsenal”a həddindən artıq sərbəstlik verdiyini düşünür.
“Topçular”ın rəqibləri tez-tez qapıçıların künc zərbələrində bloklanmasından şikayətlənirlər ki, bu da Mikel Artetanın komandasının “əlinə oynayır”.
AZERFAX.AZ xəbər verir ki, məşhur danimarkalı da bu şikayətlərə qoşulub. Şmeyxel “Viaplay”da danışarkən bildirib:
“Arsenal” bütün mövsüm ərzində rəqib qapıçıları bloklayıb. Əgər belə qolları hesaba almasaydılar, heç vaxt zirvədə olmazdılar. Bu, tamamilə ədalətsizdir. Bu, məni əsəbiləşdirir”.



