AZERFAX TV

Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10-cu dəfə baba olub.

AZERFAX.AZ xəbər verir ki, Türkiyə liderinin qızı Sümeyye Ərdoğanın üçüncü övladı dünyaya gəlib. Bununla da Ərdoğanın nəvələrinin sayı 10-a çatıb.

Ərdoğanın qızı Sümeyye 2016-cı ildə Selçuk Bayraktar ilə ailə qurub. Cütlüyün Canan Aybüke və Asım Özdemir adlı iki övladı var.

Qeyd edək ki, Türkiyə lideri həyat yoldaşı Əminə Ərdoğanla birgə xəstəxanada cütlüyü ziyarət edib. Onlar körpənin və Sümeyyenin sağlamlığı ilə bağlı məlumat alıb, cütlüyü təbrik ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button