AZERFAX TV
Gəncədə kütləvi dava – Xəsarət alanlar var

Gəncədə kütləvi dava zamanı xəsarət alan şəxslərin kimliyi bilinib.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, dava zamanı Saday Nəzərov (2003), onun qardaşı Zöhrab Nəzərov ( 2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov ( 1990), Sakit Nəzərov (1991) xəsarət alıblar.
Onlar Gəncədə yerləşən xəstəxanalara yerləşdiriliblər. İlkin məlumata görə, həmin şəxslərin qohumluq əlaqələri var.
***
Gəncədə kütləvi dava baş verib.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Əsasən Kəlbəcər rayonundan olan sakinlərin məskunlaşdığı ərazidə baş verən dava zamanı 5 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.



