AZERFAX TV
İran ABŞ-a qarşı bu ölkənin casus peykindən istifadə edib

İran müharibə zamanı ABŞ bazalarını izləmək üçün Çinə məxsus casus peykindən istifadə edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, İran peyk vasitəsilə Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq, Küveyt, Cibuti, Oman və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazalarını və vacib infrastruktur nöqtələrini izləyib.
İddiaya görə, peyk 2024-cü ilin sonunda Çindən kosmosa buraxıldıqdan sonra İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik bölməsi tərəfindən idarə olunub.
Müəllif: Roza



