İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq

İran xalqı göstərdiyi həmrəyliyə görə azərbaycanlılara təşəkkür edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında yazıb.
“Müsəlman ölkələri və bütün regionda, eləcə də dünyada vicdanlı, ədalət axtaran insanlar tərəfindən İran xalqının ABŞ-İsrail təcavüzünə qarşı müqavimətinə dəstək olaraq nümayiş etdirilən misilsiz həmrəylik dərindən təqdir olunur.
İranlılar bütün dünyada, xüsusilə İraq, Yəmən, Livan, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan, Fələstin və bir neçə Afrika ölkəsində, eləcə də Tacikistan, Azərbaycan, Meksika, Kuba, Yaponiya, Fransa, Böyük Britaniya, Braziliya və hətta Birləşmiş Ştatların öz daxilində İran xalqına qarşı qanunsuz müharibəyə qarşı müqavimətə öz həmrəyliyini və dəstəyini ifadə edənləri xatırlayacaqlar”, Bəqai paylaşımda bildirilib.
The unprecedented solidarity shown by Muslim nations and conscientious, justice-seeking people across the region and around the world in support of the heroic resistance of the Iranian nation against brutal U.S.-Israeli aggression is deeply appreciated.
Iranians will forever… pic.twitter.com/lB9oKNSUcK
— Esmaeil Baqaei (@IRIMFA_SPOX) April 14, 2026



