AZERFAX TV
Klubu məşhur futbolçuya qeyri-adi müqavilə təklif etdi: Qalsa, nələr edəcəklər?


Məşhur braziliyalı futbolçu Halk hazırda çıxış etdiyi “Atletiko Mineyro” klubunda karyerasının sonuna qədər qala bilər.
Publika.az xəbər verir ki, bu barədə insayder Gilyerme Frossard məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Atletiko Mineyro” 39 yaşlı braziliyalı futbolçuya karyerasını klubda başa vurmaqla bağlı xüsusi plan təklif edib. Bu plan klubun gəlirlərindən müəyyən faiz ayrılmasını, Braziliya çempionatında Halkın son illərinə həsr olunmuş sənədli filmin çəkilməsini, həmçinin stadionun qarşısında onun şərəfinə abidənin ucaldılmasını nəzərdə tutur.
Xatırladaq ki, Halk “Atletiko Mineyro” tarixinin ən məhsuldar bombardiridir.
Heybət



