AZERFAX TV

NVIDIA qiymətləri artırdı, satışlar kəskin azaldı

NVIDIA qrafik kartlarının qiymətlərinin kəskin artması pərakəndə satışlara təsir göstərməyə başlayıb və tələbatın azalmasına səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, Alman pərakəndə satış şirkəti “Mindfactory”nin həftəlik statistikasına görə, ötən həftə 8GB və 16GB yaddaş versiyalarında yalnız 20 ədəd RTX 5060 Ti qrafik kartı satılıb. Daha bahalı model isə alıcı tapmayıb. Bir ay əvvəl bu modelin həftəlik satışları təxminən 200 ədədə çatırdı.

Hazırda AMD qrafik kartlarına tələbat artıb. Məsələn, son bir həftə ərzində 230 ədəd Radeon RX 9060 XT qrafik kartı satılıb. Ümumilikdə, güc balansı AMD-nin xeyrinə dəyişib. Həftənin sonunda qrafik kart satışları üzrə bazarda onun payı 62,7%, NVIDIA-nın payı isə 34,2% təşkil edib. Bir ay əvvəl bazar payının bölgüsü fərqli idi: AMD satışların 55,3%-ni, NVIDIA 40,8%-ni əhatə edirdi.

Ləman

Related Articles

Bir cavab yazın

Back to top button