Paşinyan zəng edib Ərdoğanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin “X” sosial şəbəkə hesabında paylaşılıb.
“Baş nazir Paşinyan söhbət zamanı Türkiyə Prezidentini ötən Qurban bayramı münasibətilə təbrik edib; bu fürsətlə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması prosesi və regional məsələlər də müzakirə olunub”, – paylaşımda bildirilib.
Ərdoğan Türkiyə ilə Ermənistan arasındakı normallaşmanın birbaşa ticarətin başladılmasına yönəlmiş addımlarla davam etdiyini qeyd edib.
Həmçinin Türkiyənin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini, bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləyəcəyi vurğulanıb.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Ermenistan Başbakanı Nikol Paşinyan ile bir telefon görüşmesi gerçekleştirdi.
Başbakan Paşinyan görüşmede, Sayın Cumhurbaşkanımızın geçmiş Kurban Bayramını tebrik etti; bu vesileyle, Türkiye-Ermenistan ikili ilişkilerinin normalleşme…
— T.C. İletişim Başkanlığı (@iletisim) June 2, 2026



