İdman
Premyer Liqada ən çox maaşı bu klublar verir

Premyer Liqada çoxlu pul var. Futbolçular Premyer Liqada oynamaq arzusundadırlar, çünki onlar təkcə şöhrətə yaxın olmurlar, həm də maaşları çox yüksəkdir.
Hətta turnir cədvəlinin aşağısında olan komandalarda belə.
Bəs ən çox kim qazanır?
AZERFAX.AZ xəbər verir ki, “Mançester Siti”nin start heyəti orta hesabla həftədə 200.000 funt sterlinqdən çox qazanır. Bu, liqada ən yüksək göstəricidir.
Ardınca “Liverpul” (172.400 funt sterlinq) və “Mançester Yunayted” (153.200 funt sterlinq) gəlir.



