AZERFAX TV
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs edildi

“TikTok”da qeyri-etik informasiyalar yayan kişi həbs edilib.
AZERFAX.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səfayıl Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.
Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.



