AZERFAX TV

Ramiz Məmmədov vəfat etdi

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin Göyçay televiziya yayım stansiyasının rəhbəri Ramiz Alı oglu Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə Publika.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən indiyə qədər rəis kimi işlədiyi Göyçay televiziya yayım stansiyasındakı səmərəli fəaliyyətinə görə Prezident tərəfindən “Tərəqqi” medalı və dəfələrlə fəxri fərmanla təltif olunub.

Related Articles

Bir cavab yazın

Back to top button