AZERFAX TV
Salah onları da götürüb İtaliya nəhənginə gedir?

“Yuventus” rəhbərliyi heyətini “Liverpul”un üç oyunçusu ilə gücləndirmək istəyir.
AZERFAX.AZ xəbər verir ki, “La Repubblica”nın məlumatına görə, “Qoca Sinyora” müdafiəçi Endryu Robertson, hücumçu Məhəmməd Salah və qapıçı Alisson Bekkerlə maraqlanır.
İlk iki oyunçu İtaliyanın ən yaxşı klubuna pulsuz transferlərlə qoşula bilər, qapıçı isə ödəniş tələb edəcək. Braziliyalı futbolçunun “qırmızılar”la müqaviləsi gələn yay başa çatır. Ötən mövsüm Turin klubu İtaliya A Seriyasında 69 xalla altıncı yerdə qərarlaşıb.



