AZERFAX TV

“Tottenhem” baş məşqçi tapdı – Mövsümün sonuna qədər işləyəcək

Tudor mövsümün sonuna qədər “Tottenhem”ə rəhbərlik edəcək.

AZERFAX.AZ xəbər verir ki, “The Athletic”in məlumatına görə, “Tottenhem” mövsümün sonuna qədər müvəqqəti baş məşqçi vəzifəsinə İqor Tudoru təyin etmək barədə şifahi razılığa gəlib.

Klub çərşənbə günü Tomas Frankın qovulmasından sonra 47 yaşlı xorvatiyalı mütəxəssislə əlaqə saxlayıb.

“Yuventus”, “Marsel”, “Qalatasaray” və digər klubların keçmiş baş məşqçisinin mövsümün sonuna qədər “Tottenhem”ə qoşulacağı gözlənilir.

Tudor bu mövsümün əvvəlində “Yuventus”dan ayrılıb.

Related Articles

Bir cavab yazın

Back to top button