AZERFAX TV

Tramp 15 ölkəni təhdid edib

ABŞ prezidenti Donald Tramp iki prezidentlik dövrü ərzində dünyanın təxminən hər 13-cü ölkəsinə qarşı təhdid və ya hərbi müdaxilə bəyanatları verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, bu siyahıda ən azı 15 ölkə yer alır. Onların arasında İran, İraq, Suriya, Somali, Nigeriya, Venesuela və Yəmən də var. Bu ölkələrin bir hissəsi həm də Trampın birinci prezidentlik dövründə hücumlara məruz qalıb.

Eyni zamanda Kanada, Meksika, Kuba, Kolumbiya, Panama, Qrenlandiya və Oman kimi ölkələrə qarşı da güc tətbiqi ehtimalı və ya açıq təhdidlər səsləndirilib.

Nəşrin iddiasına görə, xüsusilə Trampın ikinci prezidentlik dövrünün ilk 16 ayında bu cür bəyanat və hadisələrin sayı daha da artıb.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button