AZERFAX TV

Tramp Ukrayna üzrə danışıqların burada keçirilməsini istəyir

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarının növbəti mərhələsinin Birləşmiş Ştatların Florida ştatında keçirilməsi ehtimalı gündəmə gəlib.

AZERFAX.AZ “Lenta.ru”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Floridanın danışıqlar məkanı kimi təklif olunması onun üçün yeni məlumatdır.

“Belə bir seçim Trampın prosesə dolayı təsir imkanlarını artırmaq məqsədi daşıya bilər. ABŞ prezidenti görüşdə birbaşa iştirak etməsə də, platformanın seçimi ilə danışıqların tonuna təsir göstərmək istəyir”, – deyə deputat qeyd edib.

Çepa həmçinin vurğulayıb ki, Ağ Ev rəhbərinin və ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun son açıqlamaları Vaşinqtonun yaxın həftələrdə Ukrayna müharibəsi üzrə real irəliləyiş gözlədiyini göstərir. Onun sözlərinə görə, bu mesajlar artıq siyasi dinamikanı dəyişməyə başlayıb:

“Bunu hətta Kiyevdən gələn siqnallarda da görmək mümkündür. Əvvəllər əsas vurğu 1991-ci il sərhədlərinə qaytarılmağa yönəldiyi halda, indi tərəflər ərazi məsələlərinin praktiki müzakirəsinə daha açıq görünürlər. Bu, nizamlama prosesində dönüş nöqtəsi ola biləcək addım kimi qiymətləndirilməlidir”.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button