AZERFAX TV

Trampdan “Sülh Şurası” ilə bağlı ŞOK TƏLƏB

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkələrin Qəzza sektoru üzrə yaradılacaq “Sülh Şurası”nda daimi yer əldə etməsi üçün ən azı 1 milyard dollar ayırmasını təklif edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” nəşri şuranın nizamnamə layihəsinə istinadla məlumat yayıb.

Sənəddə qeyd olunub ki, iştirakçı dövlətlər nizamnamə qüvvəyə mindikdən sonra öz səlahiyyətlərini üç il müddətində icra edəcəklər. Bununla belə, şura sədrinin qərarı ilə bu müddət uzadıla bilər.

Eyni zamanda, nizamnamədə bildirilir ki, sənədin qüvvəyə mindiyi ilk il ərzində şuraya 1 milyard ABŞ dollarından artıq vəsait ayıran dövlətlər üçün üçillik müddət məhdudiyyəti tətbiq olunmayacaq.

Nizamnaməyə əsasən, “Sülh Şurası”nın tərkibinə hansı ölkələrin dəvət ediləcəyinə birbaşa Donald Tramp qərar verəcək. Şurada qərarlar səs çoxluğu ilə qəbul ediləcək və hər ölkənin bir səsi olacaq. Bununla yanaşı, qəbul edilən bütün qərarların şura sədri tərəfindən təsdiqlənməsi zəruri sayılır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button