AZERFAX TV

Yaponiya sahillərində sirli bir məxluq tapıldı

Yaponiya sahillərində mövcud olan heç bir heyvan növünə aid edilə bilməyən bir varlıq tapılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “PetaPixel” nəşri məlumat yayıb.

Məlumatına görə, sirli varlıq elmi-tədqiqat gəmisində keçirilən ekspedisiya zamanı aşkar edilib. Filippin dənizində böyük dərinliyə endirilən sualtı aparat şəffaf, ağ rəngli bir varlığı lentə alıb.


Naməlum varlığın bədəni güzgü simmetriyasına malik iki hissədən ibarətdir və üzərində müxtəlif çıxıntılar var. Alimlər tapılan varlığın “Dirona albolineata” növündən olan ilbizə bənzədiyini qeyd ediblər, lakin onun çıxıntılarının forması fərqlidir.

Daha əvvəl ABŞ-da naməlum bir varlıq qadına hücum etmişdi. Yerli sakinlər baş verən hadisədə “canavar-adamı” günahlandırmışdılar.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button