ABŞ nümayəndə heyəti Ukraynaya görə Berlindədir

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun və onun kürəkəni, sahibkar Cared Kuşnerin də yer aldığı Amerika nümayəndə heyəti Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün Berlinə gəlib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyəti dekabrın 14-də səhər saatlarında Berlində yerləşən otelə gəlib. ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar Avropa ölkələrinin iştirakı ilə davam etdiriləcək. Görüşlərin ilkin mərhələsi siyasi müşavirlər səviyyəsində qapalı formatda keçiriləcək, Almaniya tərəfi də prosesdə iştirak edəcək.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts dekabrın 15-də Berlində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Bundan sonra müzakirələrə Aİ və NATO liderlərinin də qoşulacağı gözlənilir. Danışıqlar Vaşinqtonun Ukrayna ilə bağlı təqdim etdiyi 28 maddəlik plan fonunda intensivləşib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



