Azərbaycan klublarının Konfrans Liqasındakı rəqibləri

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
AZERFAX.AZ xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçiləri “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.
Bu raundda Bakı klubu Xorvatiyanın “Hayduk”, Naxçıvan təmsilçisi isə Yunanıstanın “Aris” kollektivi ilə qarşılaşacaq.
Bu gün, həmçinin UEFA Avropa Liqasında (AL) mübarizə aparacaq “Sabah” komandasının Konfrans Liqasındakı (KL) potensial rəqibi də bəlli olub. Azərbaycan təmsilçisi AL-in I təsnifat mərhələsində Sloveniyanın “Tselye” komandasını keçə bilməsə, yoluna KL-də davam edəcək. Bu turnirdə “Sabah”ın mümkün rəqibi “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24 və 31-də keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.