Region
Gəncədə festival keçirildi.

“Gəncə Maarif Evi” İctimai Birliyinin ildönümü ilə əlaqədar Gəncədə parlaq festival təşkil edilib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə Gəncənin Cavad xan küçəsində keçirilən tədbirdə 60-dan çox sənətkarın əl işlərindən ibarət sərgi-yarmarka nümayiş olunub. 6 yaşı tamam olan birliyin könüllüləri tərəfindən səhnədə musiqi şousu təqdim tamaşaçıların böyük marağına səbəb olub. Tanınmış KVN ustası Bəhram Bağırzadənin iştirakı tədbirə xüsusi ab-hava qatıb. Şəhər sakinlərinin böyük marağı ilə keçən festival bayram əhval-ruhiyyəsi yardıb.
















AZERFAX.az Qərb Bürosu