AZERFAX TV

Şeyx şagirdlərə bu qədər pul payladı

BƏƏ-də ən yüksək nəticə göstərən orta məktəb məzunları bu dəfə təkcə diplom deyil, böyük pul mükafatı da qazanıblar.

AZERFAX.AZ xəbər verir ki, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktum ölkənin ən yaxşı orta məktəb məzunlarını hərəsinə 100 min dirhəm (təxminən 46 min manat) məbləğində pul mükafatı və şəxsi təbrik məktubu ilə təltif edib.

Şeyx müraciətində bildirib ki, məzunların qazandıqları uğurlar bütün ölkə üçün qürur mənbəyidir. O vurğulayıb ki, hər bir uğurlu gənc BƏƏ-nin inkişafı və rifahında mühüm rol oynayacaq.

Məzunlar isə göstərilən dəstəyin onları daha böyük hədəflərə doğru irəliləməyə həvəsləndirdiyini deyiblər. Onların bir çoxu universitet təhsili alaraq gələcəkdə ölkənin iqtisadiyyatına, elm və texnologiya sahələrinin inkişafına töhfə verməyi planlaşdırır. (Musavat.com)

Related Articles

Bir cavab yazın

Back to top button