Azərbaycanda yasda zəhərlənmə

Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.
AZERFAX.az xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.
Onlar arasında azyaşlılar da var.
İlkin olaraq xəstəxanaya aparılan şəxslər aşağıdakılardır:
Nuriyə Rüstəmova (1962)
Amin Teymurlu (1986)
İ. Məmmədov (2017)
Z. Hüseynova (2015)
U. İsyaev (2020)
Bənövşə Əliyeva (1963)
Sevil Hüseynova (1987)
Qıdadan zəhərlənənlərin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. Gəncə Birləşmiş Xəstəxanadan AZERFAX.az-ın yerli bürosuna verilən məlumata görə 12.r07.2026-cı il tarixində saat 18:00 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub:
“Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir” deyə məlumatda bildirilir.



