Ölkə

Azərbaycanda vulkan püskürdü – FOTO


Sahil qəsəbəsi, sement zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.

AZERFAX.AZ Musavat.com-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.

Qeyd edək ki, Abşeron yarımadası palçıq vulkanlarının çoxluğu ilə tanınır və bu kimi püskürmələr ərazidə vaxtaşırı baş verir. Mütəxəssislərin fikrincə, bu hadisə bölgənin təbii geoloji proseslərinin davamı kimi qiymətləndirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button