Ölkə
Azərbaycanın 9-cu hava limanı yaxında istifadəyə veriləcək

Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.