Ölkə
Bakıda hoteldə yanğın oldu

Bakıda üçmərtəbəli hotel binasında yanğın olub.
FHN-in Mətbuat xidmətindən AZERFAX.AZ-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.