Ölkə

Bakıda obyektdə güclü yanğın oldu


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZERFAX.AZ-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 942 kv.m. olan tütün məmulatlarının və qarışıq malların satışı üçün nəzərdə tutulmuş obyektin yanar konstruksiyaları 400 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button