Bakıda yeni metro stansiyaları tikilir

Bakıda yeni metro stansiyalarının tikintisi üzrə layihələndirilmə işlərinə start verilir.
AZERFAX.AZ Trend-ə istinadən xəbər verir ki, Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B5−B8 stansiyaları üçün tunellərin və stansiyaların tikintisinin, Yaşıl və Qırmızı xətlərin ayrılması və eləcə də, “İçərişəhər” stansiyasında keçid kamerasının, geri dönüş tunelinin və yeraltı avtomobil dayanacağının tikintisi layihələndirilməsi üzrə işlər aparılacaq.
Belə ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
QSC sözügedən işlərin icrasını “Yüksel Proje” MMC-yə həvalə edib və müqavilə bağlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.