Ölkə

“Barselona”dan ayrıldı, Türkiyəyə gəlir – Sürpriz transfer


“Konyaspor” “Barselona”dan ayrılan Oriol Romeunun xidmətində maraqlıdır.


AZERFAX.AZ xəbər verir ki, Türkiyə klubu futbolçuya təklif irəli sürüb. Futbolçu hələlik “Konyaspor”un təklifinə cavab verməyib. Lakin başqa ölkələrdə transfer pəncərəsi bağlandığı üçün futbolçu Türkiyə klubuna razılıq verə bilər.

Qeyd edək ki, “Barselona”nın gənclər akademiyasında futbol oynamağa start verən Romeu “Çelsi”, “Sauthempton”, “Jirona” kimi klublarda təcrübə toplayıb. Ötən mövsümü “Jirona”da icarə əsasında keçirən ulduz futbolçu “Barselona”ya qayıdıb və klubun maliyyə yükünü yüngülləşdirmək üçün müqaviləsi ləğv edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button