Ölkə

Benzinə görə yürüş məsafəsi azalıb?


“Son zamanlar yanacaqla bağlı kilometrajın azalması müşahidə olunur”.

Bunu AZERFAX.AZ-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib. O, sürücülərin bu məsələ ilə bağlı şikayətlərinin çoxaldığını bildirib:


“Avtomobillərin yanacaq sərfiyyatının artması və yürüş məsafəsinin azalması halları baş verir. Bu, yanacağın keyfiyyəti ilə, xüsusilə də onun tərkibində olan oktan və ya setan səviyyəsinin aşağı olması ilə əlaqədar ola bilər. Yanacağın gücü məhz bu göstəricilərlə ölçülür, benzində oktan, dizeldə isə setan dəyəri mühərrikin işləmə effektivliyinə birbaşa təsir göstərir. Əgər oktan və ya setan səviyyəsi aşağıdırsa, mühərrikin gücü azalır və bu da yanacaq sərfiyyatının artmasına səbəb olur”.

Usta yanacaqdan şikayətlənən sürücülərin nə etməli olduğunu da açıqlayıb:

“Hər bir sürücü zavod tərəfindən avtomobilinə tövsiyə olunan yanacaq növünü istifadə etməlidir. Məsələn, Avro-3 standartına qədər olan avtomobillərin əksəriyyəti 92 markalı benzinlə işləmək üçün nəzərdə tutulub. Avro-4 və Avro-5 yanacaqları ilə işləyən avtomobillər isə mütləq “Premium” və ya “super” benzindən, yəni Aİ-95 və ya Aİ-98 benzinlə təmin olunmalıdır. Əgər zavod avtomobil üçün 95 benzin tövsiyə edibsə, həmin avtomobilə 92 vurmaq düzgün deyil. Bu, mühərrikin gücünü azaldır və yanacaq sərfiyyatını artırır. Yəni siz 95 tövsiyə olunan avtomobilə 92 tökürsünüzsə, daha çox yanacaq sərf edəcək və yürüş məsafəsi azalacaq”.

S.Ağabəyli həmçinin sürücülərə yeni açılmış yanacaqdoldurma məntəqələrinə üstünlük verməyi məsləhət görüb. Onun sözlərinə görə, yeni məntəqələrin çənləri təmiz və çirkdən uzaq olur, bu da yanacağın keyfiyyətinə müsbət təsir edir.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button