Region
Ağstafada maşın aşdı:Türkiyə vətəndaşı xəsarət aldı

Bakı-Qazax-Gürcüstan yolunda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb. AZERFAX.az xəbər verir ki, hadisə magistral yolun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Fərruh Perçinin idarə etdiyi “TIR” tipli yük avtomobili aşıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.