Region

Şəhid qardaşı: “Anam qardaşımın yolunu gözləyə-gözləyə, onun həsrəti ilə dünyasını dəyişdi. İndi onlar qovuşublar”.

“Anam Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid qardaşımın həsrəti ilə dünyasını dəyişdi. Dövlət başçısına və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. 33 il sonra qardaşımın taleyi məlum oldu. Nəşi tapılaraq doğma kəndində torpağa tapşırıldı. Gözlərimiz yollardan çəkildi”.

AZERFAX. az xəbər verir ki, bu açıqlamanı aprelin 18-də Samux rayonunun Qovlarsarı kəndində dəfn edilən Birinci Qarabağ müharibəsində şəhid olmuş Münasib Mehdiyevin qardaşı Adil Mehdiyev verib. Onun sözlərinə görə qardaşı 1973-cü il təvəllüdlü idi. Müharibə başlayanda sıravi əsgər kimi ordu sıralarına çağrılmışdı. 1992-ci ildə Ağdərə rayonu Aterk kəndində itkin düşüb. Uzun illər axtarılsa da qardaşı barədə bir məlumat əldə edə bilməyib:

“İllər sonra qardaşımın nəşinin dəfn edildiyi məkanın müəyyənləşdiyi üçün sevinirik. Anam qardaşımın yolunu gözləyə-gözləyə, onun həsrəti ilə dünyasını dəyişdi. İndi onlar qovuşublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin” deyə A. Mehdiyev əlavə edib.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button